Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecdə yaradılmış “Mizan” tələbə dram dərnəyində yeni tamaşa hazırlanır.
Görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illlik yubileyi ərəfəsində ədibin hekayələrinin motivləri əsasında səhnələşdirilən tamaşa gələn ay təhvil veriləcək.
Mir Cəlal Paşayevin hekayələrindən ibarət “Xatirələr” tamaşasının ssenari müəllifi və rejissoru “Mizan” tələbə dram dərnəyinin bədii rəhbəri, Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin dosenti, Əməkdar Artist Məmməd Səfa Qasımovdur. Tamaşada ədibin müxtəlif dövrdə qələmə aldığı hekayələr canlandırılmaqla yanaşı, Mir Cəlal Paşayevin öz obrazı da var. Hazırda tamaşa üzərində son məşqlər gedir. Tələbə aktyorların ifasında “Xatirələr” tamaşasının premyerasının ədibin ad günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.
“Mizan” tələbə dram dərnəyinin ilk tamaşası ötən il olub. Kollektiv Ə.Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında tamaşanı uğurla təqdim edib.
Hikmət Əliyev