102 ildən sonra azərbaycanlı vali seçildi

102 ildən sonra azərbaycanlı vali seçildi İraqın Kərkük şəhərinin rəhbərliyi ilə bağlı tarixi qərar qəbul edilib.

Bu barədə İraq mediası məlumat yayıb.

Məlumata görə, İraq Türkman Cəbhəsinin sədri Mehmet Seman Ağa Kərkük valisi seçilib. O, Kərkük Vilayət Şurasındakı 14 üzvdən 12-nin səsini toplayıb.

Qeyd edək ki, bu, 102 ildən sonra ilk dəfə Kərkükün türkman mənşəli bir şəxs tərəfindən idarə olunması kimi qiymətləndirilir.

Mehmet Seman Ağanın vali seçilməsini türkmanlar böyük sevinclə qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər