“Rusiya bu ölkələri də işğal edəcək” - Şok iddia

“Rusiya bu ölkələri də işğal edəcək” - Şok iddia Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə ölkəsi arasında davam edən müharibə barədə danışıb.
Zelenski Rusiyanın taktiki nüvə silahından istifadəsinin onlara fayda verməyəcəyini bildirib.
Ukrayna lideri Rusiya Prezidenti Vladimir Putinin müharibəyə başlamaqla səhvə yol verdiyini deyib:
“Putin bu müharibədən çıxış yolu axtarır, axtaracaq, çünki bu, səhv idi. Bunu öz xalqına demir, amma bunun böyük səhv olduğunu bilir. Ona görə də çıxış yolu axtaracaq, nüvə silahı isə çıxış yolu dey
Zelenski həmçinin Putindən sonra Kremlə “daha sərt” liderin gələcəyini düşünmür.
Ukrayna üçün ən böyük islahatın Avropa Birliyinə (AB) qoşulmaq olduğunu deyən Zelenski müharibə vəziyyətində olsalar da, islahatları davam etdirmək üçün çalışdıqlarını söyləyib.
“Putini dayandırmasaq, Üçüncü Dünya Müharibəsi olacaq, çünki Polşanı, Baltikyanı ölkələri işğal edəndə heç kim heç nə edə bilməyəcək, amma hamı müharibəyə gedəcək. İtaliya, Fransa, ABŞ, Böyük Britaniya, hətta bütün NATO üzvləri NATO-nun həqiqətən mövcud olduğunu göstərmək üçün müharibəyə getməli olacaqlar”, - Ukrayna prezidenti vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər