“Rusiya-Ukrayna münaqişəsinin həlli çətindir” - Çin lideri

“Rusiya-Ukrayna münaqişəsinin həlli çətindir” - Çin lideri “Çin Rusiya-Ukrayna münaqişəsində nüvə silahından istifadə edilməməsi ilə razılaşır”.
Bunu Fransa Prezidenti Emmanuel Makron Pekində jurnalistlərə açıqlaması zamanı bildirib.
Makron Çinin həmin münaqişəni bitirmək üçün səylərini yüksək qiymətləndirib.
“Bizim qitəmizdə bir ölkə digərinin ərazisini işğal edərsə, heç vaxt sabit və təhlükəsiz Avropa olmayacaq”, - deyə Makron vurğulayıb.
Çin lideri etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsi həlli çətin olan çox mürəkkəb məsələdir.
Qeyd edək ki, bu gün Pekində Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Çin lideri Si Cinpin arasında üçtərəfli görüş keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər