“Rusiyanın Qarabağla bağlı bir mövqeyi var” - Mariya Zaxarova

“Rusiyanın Qarabağla bağlı bir mövqeyi var” - Mariya Zaxarova “Rusiyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində bir mövqeyi var - Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək”.

Tehsil-press.az-ın verdiyi məlumata görə, bunu Yerevanda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz böyük səyləri göstəririk ki, münaqişənin nizamlanmasında real irəliləyişə nail olaq", - deyə Mariya Zaxarova bildirib.
Prezidentlərin növbəti görüşü barədə suala cavab verən XİN-in rəsmisi bildirib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.
"Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib - tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik", - deyə Mariya Zaxarova bildirib.
Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: "Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilmişdir".


Tehsil-press.az

Oxşar xəbərlər