Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Hüseyn Sərdarpur Sərxaranın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Tehsil-press.az saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azər Orucov sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Sərxaran 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, H.S.Sərxaran 14 sentyabr 2015-ci ildə İrandan Azərbaycana keçərkən Biləsuvar rayonu ərazisində saxlanılıb. Onun üzərindən bir kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
H.Sərxaran Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, göndərmə) maddəsinə əsasən ittiham olunub. İran vətəndaşı ona elan olunmuş ittihamları qəbul etməyib.
Tehsil-press.az