AccessBank 6-cı dəfə "Azərbaycanın ən yaxşı Bankı" adına layiq görülüb

AccessBank 6-cı dəfə Nüfuzlu maliyyə nəşri “Euromoney” növbəti dəfə AccessBank-ı “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüb.

Bankdan Tehsil-press.az-a verilən məlumata görə, 6 iyul 2016-cı il tarixində AccessBank nüfuzlu beynəlxalq maliyyə nəşri Euromoney tərəfindən Londonda keçirilən “2016-cı il üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. 2010-cu ildən etibarən artıq altıncı dəfədir ki, Bank bu nominasiyada mükafat qazanır.
AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffman bu təltifatı alqışlayaraq deyib: "Biz Euromoney kimi nüfuzlu maliyyə təşkilatı tərəfindən nailiyyətlərimizin tanınması ilə fəxr edirik. Bu mükafat təsdiq edir ki, AccessBank davamlı olaraq öz müştəriləri üçün güclü, sabit və etibarlı tərəfdaş olaraq qalır, bu isə, hazırki mürəkkəb iqtisadi şəraitdə xüsusilə önəmlidir. Bu, ölkənin hər yerində minlərlə müştəriyə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan əməkdaşlarımızın öz işinə sədaqətinin və gərgin əməyinin göstəricisidir".
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.
AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.


Tehsil-press.az

Oxşar xəbərlər