Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin növbəti nömrəsi hazırlanıb

Mərkəzi Bankın Azərbaycan Mərkəzi Bankının (AMB) elektron nəşri olan “Tədqiqat bülleteni”nin 2016-cı il üzrə birinci nömrəsi Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.

AMB-dən Tehsil-press.az-a verilən məlumata görə, bülletendə dünya iqtisadiyyatında baş verən son iqtisadi proseslərin icmalı verilib, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər təhlil olunub.
Burada, həmçinin dinamik stoxastik ümumi tarazlıq modellərindən istifadə üzrə mərkəzi bankların təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri verilib.
Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilib.
Bülletenin maliyyə savadlığı bölməsində təhsil məzunlarının maliyyə savadının onların məşğulluq seçiminə təsiri təhlil edilib. İqtisadi sözlük bölməsində isə pul siyasəti çərçivələrindən və ayrı-ayrı ölkələrin bu sahədəki təcrübəsindən bəhs olunub.


Tehsil-press.az

Oxşar xəbərlər