Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Maliyyə və mühasibat fakültəsinin yeni seçilən dekanı Gəray Musayevi kollektivə təqdim edib.
UNEC-dən tehsil-press.az-a verilən məlumata görə, Gəray Musayev 2014-cü ildən UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru vəzifəsində çalışıb. Rektor bildirib ki, maliyyə və mühasibat fakültəsinin modern fakültə olmasını istəyirik: “Bunun üçün də UNEC-in qarşıda duran hədəflərini həyata keçirmək üçün hazırlanan layihələri bu fakültə ilə reallaşdıracağıq. Bu istiqamətdə pilot kafedra olaraq Maliyyə və maliyyə institutları kafedrasının seçilib. Nəticədə, qısa zamanda UNEC yeni imici ilə meydana çıxacaq”.
UNEC-in ən böyük fakültəsi olan Maliyyə və mühasibat fakültəsində görüləcək işlərdən danışan rektor bildirib ki, fakültə dərslərin təşkili və keyfiyyəti baxımından tək Azərbaycanda yox, regionda da diqqət çəkən fakültələrdən biri olacaq. Tələbələrlə işin önəmini vurğulayan rektor, tələbə müraciətlərini operativ cavablandrmaq üçün fakültə daxilində yeni qurumun yaradılmasına ehtiyac olduğunu bildirib.
Sonra Ə.Muradov fakültənin kafedra müdirləri ilə görüşüb. Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində görüləcək işlərdən, qarşıda duran perspektivlərdən söz açılıb.
Qeyd edək ki, 2015-ci ildə UNEC-də idarəetməni təkmilləşdirmək məqsədi ilə Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi yaradılıb. Tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Bank işi, Maliyyə, Vergi və vergi qoyma kafedraları ləğv edilərək və həmin kafedraların bazasında Maliyyə və maliyyə institutları kafedrası yaradılıb. Mühasibat uçotu və İqtisadi təhlil və audit kafedralarının bazasında isə Mühasibat uçotu və audit kafedrası yaradılıb.
tehsil-press.az