İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitin açılışında iştirak edib. NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər.
NATO-nun baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını salamlayıblar. Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Sonra NATO-nun Sammiti işə başlayıb.
Alyansın baş katibi Yens Stoltenberq iştirakçı ölkələrin dövlət və hökumət nümayəndələrini, həmçinin beynəlxalq təşkilatların rəsmilərini salamlayaraq, Zirvə görüşünün uğurla keçəcəyinə əminliyini ifadə edib. Daha sonra NATO-ya üzv ölkələrin dövlət bayraqları Sammitin keçirildiyi salona gətirilib.
Dövlət və hökumət başçıları NATO əməliyyatlarında həlak olan hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
NATO-nun baş katibi Yens Stoltenberq ötən Zirvə görüşündən sonra görülən işlər barədə məlumat verib. O bildirib ki, Estoniya, Latviya və Litvada NATO-nun fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb. “Bütün bunlar bizdən xüsusi səy tələb edəcək. Biz düzgün istiqamətdə irəliləyirik və irəliləyəcəyik”, - deyən Y.Stoltenberq Sammitə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Polşa Respublikasına minnətdarlığını çatdırıb.
Polşa Prezidenti Andjey Duda NATO Sammitinin ölkəsində keçirilməsindən məmnunluğunu bildirib və qeyd edib ki, hazırda demokratik dəyərlər təhlükə altındadır və münaqişələr dünyada qeyri-sabitliyin yaranmasına, terrorizm kimi çağırışların üzə çıxmasına xidmət edir. Andjey Duda vurğulayıb ki, bu gün xalqlarımız bizdən üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsini gözləyir.
Xatırladaq ki, Varşava Sammiti ilə NATO adaptasiya prosesinin yeni mərhələsinə qədəm qoyur. NATO Estoniya, Latviya, Litva və Polşada dörd batalyonunu yerləşdirməklə Alyansın şərq hissəsində NATO qüvvələrinin mövcudluğunu daha da gücləndirəcək. Sammitdə Cənubdan qaynaqlanan çağırışlara NATO-nun daha da uyğunlaşdırılması üçün çərçivə sənədi qəbul ediləcək.
Tehsil-press.az