NATO şərq sərhədlərinə batalyon yerləşdirəcək

NATO şərq sərhədlərinə batalyon yerləşdirəcək NATO və Rusiya arasında silahlanma rəqabəti gedir.

NATO-nun şərq sərhədlərində batalyonların yerləşdirilməsi təklif edilib. Tehsil-press.az-ın məlumatına görə, belə bir təkliflə təşkilatın baş katibi Yens Stoltenberq çıxış edib.
O deyib ki, hələ əsgərlərin sayı və batalyonların yerləri barədə heç bir qərar qəbul edilməyib. NATO-nun batalyonlar yerləşədirmək istədiyi şərq sərhədlərinə Rusiya da çox sayda hərbi qüvvə toplayıb. Ölkənin müdafiə naziri Sergey Şoyqu bildirib ki, rəsmi Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasına qarşı 3 yeni hərbi diviziya yaratmağı planlaşdırır.
Yeni bölüklərin ikisi Rusiyanın qərb sərhədlərində, biri isə cənub sərhədlərində qurulacaq. Hərbi bölüklərin bu ilin sonuna kimi yaradılması nəzərdə tutulur. Bölüklərin hər birində 10 min əsgər olacaq və bölüklər avtomatik silahlarla təchiz olunacaq.

NATO şərq sərhədlərinə batalyon yerləşdirəcək

Rusiyanın qərb sərhədlərində yerləşən qonşuları Ukrayna, Belarus, Norveç, Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva) və Finlandiyadır, cənub sərhədlərində isə ölkə Ukranya, Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Çin ilə həmsərhəddir.
Həmçinin NATO və Rusiya arasında silahlanma rəqabəti gedir. Bir müddət əvvəl Rusiya Kalininqrad vilayətində hərbi qüvvələrini artırıb, orada “İsgəndər-M” operativ-taktiki raketləri və S-400 zenit-raket kompleksləri yerləşdirib.
Bununla bərabər NATO-nun müttəfiq qüvvələri baş komandiri, general Kurtis Skaparrotti Rusiyaya müharibə xəbərdarlığı edib. O demişdi ki, Rusiya təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə NATO bu ölkəyə qarşı müharibə elan edəcək.

NATO şərq sərhədlərinə batalyon yerləşdirəcək
NATO-nun şərq sərhədləri (qırmızı rənglə işarələnib)
Skaparrottinin sözlərinə görə, Rusiya bütün beynəlxalq normalara meydan oxuyaraq təcavüzkar siyasətini davam etdirir. Elə bu səbəbdən NATO Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib.
Həmçinin NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav aprelin əvvəlində mətbuata açıqlamasında deyib ki, Putin sərhədi keçərsə, qarşısında bir ölkəni deyil, NATO-nu görəcək.

NATO şərq sərhədlərinə batalyon yerləşdirəcəkNATO şərq sərhədlərinə batalyon yerləşdirəcək


Tehsil-press.az

Oxşar xəbərlər