Rusiya və Fransa Qarabağda qızıl çıxarır

Rusiya və Fransa Qarabağda qızıl çıxarır Azərbaycanın işqal olunmuş ərazilərində hasil olunan qızıl gizli yollarla Rusiya və Fransaya göndərilir.

Tehsil-press.az-ın məlumatına görə, bu haqda Ermənistan KİV-i yazır. Bir müddət əvvəl özünün iddialarına görə Frasna Xarici İşlər Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin səylərinə görə bağlanan “Tretya Sila Plyus” qəzetinin baş redaktoru Vağram Ağacanyan Kəlbəcər və Laçın rayonlarında qızıl hasilatında Rusiya və Fransanın maraqlarının olduğu haqda yazır: "Rusiyalı araşdırmaçı, elmlər doktoru Aleksey Baliyev iddia edir ki, Dağlıq Qarabağda 30-dan çox erməni şirkəti qızıl və digər resursların hasilatı ilə məşqul olur. Ermənistanın qızıl hasil edən şirkətlərindən biri "FDM" regionda 2001-ci ildən fəaliyyətə başlayıb və burada 16 ton qızıl əldə edə bilib. Şirkət təkcə 2008-ci ildə 4 ton qızıl hasil edib.
Baliyevin sözlərinə görə, ümumilikdə Dağlıq Qarabağda tədqiq edilmiş 155 xammal yatağı var. Onlar arasında 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun, 1 sink, 14 yarı qiymətli daşlar, 9 gips, 4 mərmər tuf, 10 mineral su və 7 müalicəvi palçıq yatağı var. Regionda həmçinin çox saylı mərmər, qranit, bazalt, tuf və qrafit istehsalı üçün xammal ehtiyyatı var."

Rusiya və Fransa Qarabağda qızıl çıxarır

Bir müddət əvvəl isə Moskvanın "Geologix Group" şirkəti Dağlıq Qarabağda qızıl hasilatı ilə məşqul olmağa başlamaq istəyini açıqlamışdı. Şirkətinin rəhbəri Pavel Kopıtin, həmçinin Dağlıq Qarabağa səfər edərək separatiçı ejimin qondarma prezidenti Bako Saakyanla da görüşüb gələcək əməkdaşlıq haqda danışıqlar aparmışdı. "Geologix Group"un məlumatına görə, işlərə 2015-ci ilin yayından başlanmalı idi, lakin bunun baş tutub - tutmaması haqqında hələlik dəqiq məlumat yoxdur.
Vağram Ağacanyan yazır ki, fransız mənbələrin məlumatına görə, Dağlıq Qarabağda qızıl hasilatı üçün istifadə olunan avadanlığın böyük hissəsi Rusiya və Fransadan gətirilir: “Bu, Rusiya və Fransa hökümətinin xəbəri olmadan və icazəsiz baş verə bilməz. Regionun geosiyasi vəziyyəti və “Dağlıq Qarabağ Respublikasının” məmurlarının bioqrafiyası bunun hər iki ölkənin razılığı ilə baş verdiyini deməyə əsas verir”

Rusiya və Fransa Qarabağda qızıl çıxarır

Bu iddianı sayta şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin təsisçisi Elxan Şahinoğlu Fransa və Rusiya şirkətlərinin Dağlıq Qarabağda qızıl hasilatı ilə məşqul olmasına şübhə ilə yanaşdığını bildiriib. Onun sözlərinə görə, hər iki ölkənin Azərbaycanla münasibətləri yaxşıdır və bu iddialar Ermənistanın təxribatı ola bilər. Ümumiyyətlə isə Azərbaycan ərazilərində ölkənin icazəsi olmadan hər hansı bir iş aparmaq beynəlxalq hüquqa ziddir.
SSRİ dövründə Azərbaycan tərəfindən aparılmış ekspedisiyanın nəticəsinə görə, Dağlıq Qarabağın Kəlbəcər və Laçın rayonlarında aşağıdakı faydalı resurslar ehtiyatı olub:

Rusiya və Fransa Qarabağda qızıl çıxarır


Tehsil-press.az


Oxşar xəbərlər