Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə ayrı-ayrılıqda keçirdikləri görüşlərdə prezidentlərin danışıqların növbəti raunduna razılıq verdiklərini təsdiqləyiblər.
Tehsil-press.az xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında deyilir. “Nazirlər prezidentlərin münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqların iyun ayında keçiriləcək növbəti raunduna razılıq verdiklərini təsdiq ediblər”-bəyanatda deyilir. Bəyanat ATƏT-in saytında yerləşdirilib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 30-da Fransada həmsədrlərlə görüşüb. Ermənistan xarici işlər nazirinin həmsədrlərlə görüşü iyunun 2-də baş tutub. Prezidentlərin iyun ayında harada görüşəcəkləri hələlik açıqlanmayıb. Ancaq ehtimal olunur ki, bu görüş Parisdə baş tutacaq.
Tehsil-press.az