Kerri Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəldi

Kerri Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəldi ABŞ-ın dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün bir az əvvəl Moskvaya gəlib.

Tehsil-press.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya XİN-in məlumatına görə, Kerri bu gün və sabah Putn və Kerri ilə bir sıra məsələləri, xüsusən də Suriyada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya əməl olunmasını müzakirə edəcək.
Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünənki açıqlamasında bildirmişdi ki, müzakirə olunacaq mövzular kifayət qədər proqnozlaşdırılandır: “Bu həm Suriya, həm Ukrayna, həm də ikitərəfli münasibətlərlə bağlı məsələlərdir”.
Bunu ona görə xatırladırıq ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bir müddət əvvəl Putinlə Kerri arasındakı Moskva danışıqlarının əsas mövzularından birinin də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacağını bildirmişdi. Amma yuxarıdakı açıqlamalardan da göründüyü kimi, görüşdə Dağlıq Qarabağ üzrə müzakirə aparılacağı təsdiq olunmayıb.


Tehsil-press.az

Oxşar xəbərlər