Kerri Putinlə Qarabağı müzakirə edə bilər

Kerri Putinlə Qarabağı müzakirə edə bilər Peskov Con Kerrinin Putinlə görüşə biləcəyini deyib.

ABŞ-ın dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər. Tehsil-press.az-ın məlumatına görə, bu sözləri Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Belə bir görüş Putin və ABŞ prezidenti Barak Obama arasında baş tutan telefon danışığı zamanı da müzakirə edilib. Amma görüşün dəqiq vaxtı hələlik məlum deyil”.
Lavrovun Bakıda açmadığı Qarabağ sirri
ABŞ dövlət katibi Con Kerri iyulun 14-də Moskvaya səfərə gələcək. Ötən gün Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib ki, iyulun 14-ü axşam saatlarında Con Kerri Moskvaya gedəcək. Kirbi deyib ki, Moskvada bir sıra yüksək vəzifəli şəxslərlə Suriya, Ukrayna, Dağlıq Qarabağ və digər məsələləri müzakirə edəcək.
Con Kerrinin Moskva səfəri iki gün davam edəcək.

Kerri Putinlə Qarabağı müzakirə edə bilər
Con Kerri-ABŞ-ın dövlət katibi

Artıq bu səfəri Rusiya Xarici İşlər Nazirliyi də (XİN) təsdiq edib. Qurumda ümid edirlər ki, 2015-ci ilin mayından sayca 4-cü olan bu səfər Rusiya-ABŞ münasibətlərinə yaxşı təsir edəcək.
Con Kerri Rusiyada sonuncu dəfə martın 23-də səfərdə olub.


Tehsil-press.az

Oxşar xəbərlər