Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünün yekunlarının inkişaf etdirilməsi istiqamətində dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək addımlarını telefon danışığı zamanı müzakirə ediblər.
Tehsil-press.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir. Tərəflər həmçinin terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət imkanları daxil olmaqla, Rusiya və ABŞ-ın Suriya münaqişəsinin aradan qaldırılması yollarını müzakirə ediblər.


Tehsil-press.az

Oxşar xəbərlər