Bakıda nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi vətəndaşların işə gəlmə və çıxma vaxtlarının fərqli edilməsi ilə bağlı müvafiq qurumlara təkliflər göndərib.
Nəqliyyat Agentliyi təklif edir ki, iş vaxtları saat 08:00-dan 17:00-a və saat 09:00-dan 18:00-a qədər müəyyən edilsin. Yəni hamının eyni vaxtda - saat 18:00-da işdən çıxması ilə bağlı müəyyən dəyişiklik edilərsə, yaranan tıxacların qarşısını da müəyyən qədər almaq olar.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, Birinci Avropa Oyunları vaxtı bir müddət bu cür növbəli iş sistemi tətbiq olundu, ancaq Bakı Nəqliyyat Agentliyi bunun daimi tətbiq olunmasını təklif edir.
Milli Məclisin deputatı Musa Quliyev də bu təklifi zəruri hesab edir.
Tehsil-press.az