Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edib.
Tehsil-press.az APA-ya istinadən xəbər verir ki, bu Qaydalar Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi üçün xüsusi razılıq (lisenziya) almış Azərbaycanın avtomobil nəqliyyatı daşıyıcıları tərəfindən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, habelə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının həyata keçirilməsi qaydası və şərtlərini, sərnişinlərin, avtomobil daşıyıcılarının, daşımaların sifarişçilərinin və təşkilatçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.
Hər bir sərnişin avtonəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalı və dövlət qeydiyyat nişanı ilə təchiz olunmalıdır. İndiyə qədər ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən saz vəziyyətdə olması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışın keçirilməsi, lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq edilməli idi. Dəyişikliyə əsasən isə bundan sonra lisenziya kartı verildikdən sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi (bundan sonra - müvafiq qurumlar), Azərbaycan Respublikasının digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq edilməlidir
Qaydaya əsasən müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilib. Dəyişikliyə əsasən bundan sonra müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə veriləcək. İndiyə qədər hər bir avtobus dayanacaq məntəqəsi Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən pasport təsdiq edilib və dayanacağın yeri yerli şəhər (rayon) icra hakimiyyəti və BDYPİ-nin müvafiq ərazi bölmələri ilə razılaşdırılıb. Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti də ləğv olunub.
Tehsil-press.az