"AtaTravel" Mingəçevir-Gəncə-Göygöl turu təklif edir

"AtaTravel" MMC 21-22 may və 28-29 may tarixlərində iki günlük Mingəçevir-Gəncə-Göygöl turu təklif edir.

"AtaTravel" MMC-dən Trend-ə verilən məlumata görə, bir nəfər üçün turun qiyməti 85 AZN təşkil edir. Qiymətə komfortlu avtobus, "Mingəçevir Səməni Hotel" otelində bir gün qalmaq, iki dəfə səhər yeməyi, nahar yeməyi, şam yeməyi, çay süfrəsi, peşəkar fotosessiya, diskoteka və gəmi ilə gəzinti daxildir.
Həmçinin, proqramda Gəncə imamzadəsinə, Nizami məqbərəsinə, Göygölə ekskursiya, Maralgölə ekskursiya və yolboyu hədiyyəli viktorinalar daxildir. 6 yaşa qədər uşaqlar pulsuzdur. Turun müddəti səhər saat 07.00-da başlayır və növbəti gün saat 22.00-da bitir. Toplaşma yeri "Excelsior Hotel Baku" otelinin qarşısındadır.
Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya 050 245 05 09 mobil telefonuna zəng vurun. "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir.
Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.


Tehsil-press.az

Oxşar xəbərlər