Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 11 minədək əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib.
Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Tehsil-press.az-a verilən məlumatda bildirilir.
ƏƏSMN tərəfindən əlilliyi olan şəxslərin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı istiqamətində cari ildə də məqsədyönlü işlər aparılır. Belə ki, bu ilin ilk yarımilində nazirliyin bərpa mərkəzlərində 10946 nəfər əlilliyi olan şəxsə qeyd olunan xidmətlərin göstərilməsi təmin olunub.
Həmin şəxslərdən 3891 nəfəri bərpa mərkəzlərində reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçiblər. 7055 nəfər əlilliyi olan şəxsə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri göstərilib. Onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib. Bununla yanaşı, cari ilin ötən dövründə bu təbəqədən olan 105 nəfər şəxsin xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.
Nazirliyin əlilliyi olan şəxslər üçün ölkənin bütün ərazisini əhatə edən 15 bərpa-müalicə müəssisəsi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin müəssisələrdə müasir reabilitasiya şəraitinin yaradılması yönünüdə mühüm addımlar atılır. Ötən ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu gün əlilliyi olan şəxslərin kompleks tibbi, sosial və peşə reabilitasiyası işlərinin aparılması üçün ən müasir tələblərə cavab verir.
Hazırda digər bir sıra bərpa-müalicə müəssisələrində, o cümlədən Uşaq Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Tehsil-press.az