Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 5 232 218 dəfə istifadə edilib.
Bu barədə Tehsil-press.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin hüquqi əsaslarını özündə əhatə edir. Sosial-iqtisadi münasibətlər sisteminin vacib elementi kimi formalaşmış bu sistemdən istifadə statistikası cari ilin aprel ayında əvvəlki mart ayı ilə müqayisədə 15 faiz artaraq 198 392-yə çatıb.
Onlardan 185 006-sını "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətinə müraciətlər təşkil edib. Bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi müvafiq bildiriş formasında "Elektron Hökumət" portalındakı (www.e-gov.az) bu e-xidmət vasitəsilə elektron qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Sistemdən istifadə hallarının 13386-sı isə "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətinə yönəlib. Hər bir işçi "E- Hökumət" portalına daxil olaraq, həmin e-xidməti seçməklə onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanına malikdir. 2014-cü ilin iyulun 1-dən tətbiq olunan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən cari ilin 1 may tarixinədək 5 232 218 dəfə istifadə edilib.
Tehsil-press.az