Tehsil-press.az ibrətli hekayəni oxucularına təqdim edir:
Qadın evdən çıxanda qapıda üç nəfər yaşlı və gözəl simalı qoca kişi gördü. Onlara dedi: Sizi tanımıram, lakin çox yorğun və ac görünürsünüz, buyurun evə sizə yemək verim.
Qoca kişilərdən biri soruşdu: Ərin evdədirmi?
Qadın dedi: Yox, ərim iş dalıyca gedib.
Qocalar dedilər ki, bu halda biz evə daxil ola bilmərik.
Axşam üstü qadının əri evə gəldi və o ərinə bu hadisəni danışdı. Əri qadına dedi ki, get onları evə dəvət et.
Qadın bayıra çıxıb qocaları evə dəvət etdi.
Dedilər ki, biz üçümüz birlikdə evə daxil ola bilmərik. Qadın təəcüblə soruşdu: Nə üçün?
Qocalardan biri dedi, mənim adım sərvət, O birinin adı müvəffəqiyyət və digərinin adı eşqdir. Sən bizlərdən birini evinə dəvət edə bilərsən.
Qadın evə daxil olub bu söhbəti ərinə danışdı. Əri dedi, sərvəti çağıraq, evimizdə bolluq olsun. Qadın dedi müvəffəqiyyəti çağıraq, işlərimiz inkişaf etsin. Söhbəti eşidən uşaq çox israr etdi ki, eşqi çağıraq, evimizdə eşq, sevinc, şadlıq olsun.
Valideynləri uşaqla razılaşdılar və qadın bayıra çıxıb, eşqi evə dəvət etdi. Lakin eşq evə daxil olanda sərvətlə müvəffəqiyyət də onun arxasıyca gəldilər. Qadın təəcüblə soruşdu: Siz bəs niyə gəldiniz?! Eşq dedi, əgər o birilərini çağırsaydın hər biri tək gələcəkdi. Lakin eşq olan yerdə sərvət və müvəffəqiyyət də olacaq.
Bəli, insanlar var-dövlət ardıyca olmaq əvəzinə eşq, mərhəmət və yaxşılıq ardıyca olsaydılar, hər kəsin ruzisi bol, işləri müvəffəq və gözəl həyatı olardı.
Tehsil-press.az