Ana qızına görə 5 günlük oğlunu satdı - Həbs olundu

Ana qızına görə 5 günlük oğlunu satdı - Həbs olundu Sankt-Peterburqda yaşayan 33 yaşlı ana yeni doğulmuş körpəsini satmağa çalışıb.

Tehsil-press.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Dağıstan vətəndaşı Asiyat Labazanova 2 il öncə Peterburqa gələrək burda özünə və doğma ölkəsində qalan qızı üçün yeni, rahat həyat qura biləcəyini düşünüb. Lakin onun nə iş həyatı, nə də sevgi münasibəti gözlədiyi kimi olmayıb.
İki il ərzində özünə rəsmi iş tapa bilməyən qadın kafe-restoranlarda çalışıb. Daha sonra Yeqor adlı kişi ilə tanış olub. O qadını oğurluq əməlində birlikdə iştirak etməyə sövq edib, lakin qadın ondan ayrılıb. Daha sonra Asiyat Əlibəy adlı biri ilə tanış olub. Hamilə qldıqdan sonra məlum olub ki, kişi evli olub. Bunu öyrəndikdən sonra qadın ayrılmaq qərarına gəlib.
Asiyat Yeqora bu haqda məlumat verib. O isə uşağı satmağı təklif edib. Uşaq doğulduqdan 5 gün sonra onu Edik (müstəntiq olub) adlı birinə 5 min rubla satıblar. Daha sonra polislər qadını həbs edib. Onunla bağlı 2 ay həbs-qətimkan tədbiri seçilib.

tehsil-press.az

Oxşar xəbərlər