Bu gün ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin X Yay Enerji Məktəbinin məzun mərasimi keçirilib.
Mərasimdə Xarici işlər naziri Elmar Məmmədyarov, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov iştirak ediblər.
Bu gün məzun olan məktəb dinləyiciləri ilə ADA Universitetinin hər yay keçirdiyi Enerji Məktəbinin məzunlarının sayı 54 ölkədən 500 nəfərə çatıb.
X Bakı Yay Enerji Məktəbi SOCAR, BP və Exxon Mobil şirkətlərinin dəstəyi ilə iyulun 10-22-də keçirilib.
Bu il təlim proqramına 17 müxtəlif ölkədən 46 nəfər dinləyici qatılıb.
İki həftə ərzində onlar Azərbaycanın və Xəzəryanı dövlətlərin enerji siyasəti və tətbiqi ilə yüksək səviyyəli rəsmilər və nüfüzlu təhlilçilərdən ibarət ekspert natiq qrupunun mühazirələri əsnasında tanış olub,enerji sahəsində fundamental anlayışlar və terminlər, hüquqi baza, neft və qaz hasilatının Xəzəryanı bölgənin beynəlxalq münasibətlərinə, eləcə də ətraf mühitə təsiri, təbii resursların səmərəli idarəedilməsi kimi mövzuları əhatə edib, əldə etdikləri biliklərini interaktiv məşğələlərdə sınayıblar.
Təlim proqramı zamanı beynəlxlaq dinləyici qrupu qarşısında Azərbaycanın enetgetika naziri Natiq Əliyev, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın vitse-prezidentləri Elşad Nəsirov və Xalik Məmmədov çıxış edərək Azərbaycanın enerji strategiyasının prioritetləri barədə mühazirələr oxuyublar.
Məktəb iştirakçıları həmçinin, Səngəçal Neft terminalı, Təmiz Şəhər” ASC-nin Tullantıların Yandırılması və Çeşidlənməsi zavodları ilə tanış olub, Milli Tarix Muzeyi, Nobel Qardaşları Muzeyi, İçəri Şəhərə ekskursiyalar təşkil olunub.
2006-cı ilin mart ayında təsis edilən Azərbaycan Diplomatik Akademiyası 2014-cü ilin yanvar ayından fəaliyyətini ADA Universiteti kimi davam etdirir. Bakı Yay Enerji Məktəbi ali təhsil ocağının həyata keçirdiyi ilk təlim proqramlarından biridir. Proqramın məqsədi Azərbaycanın özü və onun qlobal səhnədə mahiyyəti və yerini vurğulamaq, bölgənin enerji sənayesi barədə biliyi olan ekspertlərin sayını artırmaqdır.

ADA-nın Mətbuat Xidməti