Elmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim olundu

Elmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim olundu Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilmiş Qafqaz Universitetində keçirilən tədbirdə Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu Qafqaz Universitetinin kollektivinə təqdim edib. SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib ki, idarəçiliyin dəyişməsi sistemin effektivliyinin daha da artırılmasını nəzərdə tutur. Vitse-prezident Qafqaz Universitetinin sabiq rektoru Ahmet Saniçə 11 il ərzində göstərdiyi fəalliyyət və uğurlarına görə təşəkkür edərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Xalik Məmmədov Qafqaz Universitetində sistemin dəyişməyəcəyini, hətta bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. O, bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalacaq və tələbə qəbulu davam etdiriləcək.
Universitetin idarə edilməsinə yeni təyin edilmiş Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bundan sonra Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universitetinin inkişaf etdirilməsi onun qarşısında duran vacib məsələlərdən olacaq. Elmar Qasımov Universitetin inkişafı üçün çalışacağını deyib.
Qafqaz Universitetinin sabiq rektoru Ahmed Saniç kollektiv qarşısında çıxış edərək qarşıdakı fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb. Ahmet Saniç vurğulayıb ki, Qafqaz Universteti bundan sonrakı mərhələlərdə daha da inkişaf edəcək.



BANM-nin Mətbuat Xidməti


Elmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim olunduElmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim olunduElmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim olundu

Oxşar xəbərlər