SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP-nin kəşfiyyat və hasilat seqmentindəki portfel və strategiyasının təhlil olunması məqsədilə Beynəlxalq İnvestisiya Fondları rəhbərlərinin Bakıya iki günlük səfəri çərçivəsində keçirilmiş tədbirdə iştirak edib.
Tehsil-press.az SOCAR-ın saytına istinadən məlumat verir ki, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə prezidenti Qordon Birrell bildirib ki, “Capital Research International”, “Capital World”, “UBS Asset Management”, “Fidelity Research” və “JP Morgan Asset Management” daxil olmaqla dünyanın bir sıra investisiya fondlarının təmsilçiləri, habelə neft-qaz sektorundakı səhm bazarlarının araşdırılması üzrə tanınmış analitiklər Bakıya səfərləri zamanı BP-nin Azərbaycandakı uğurlu investisiya təcrübəsi ilə tanış olub və onlara gələcək investisiya imkanları haqqında məlumat verilib.
SOCAR-ın prezidenti çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən enerji strategiyasının qələbələrindən danışıb, bu strategiyanın reallaşmasında BP-nin rolundan bəhs edib, bu şirkətlə əməkdaşlığı yüksək qiymətləndirib.
R.Abdullayev, həmçinin qonaqlara SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında məlumat verib.
İki günlük səfərin və yekun tədbirinin məqsədi haqqında danışan BP-nin kəşfiyyat və hasilat üzrə baş icraçı direktoru Bernard Looney deyib: “Biz investorlarımızla gələcək fəaliyyətlərimiz haqqında danışmaq istəyərkən onları buraya - Azərbaycana gətirməyə qərar verdik. Neft-qaz sənayesinin gələcəyi barədə bilmək istəyən hər kəsin Bakıya gəlməsi lazımdır”.
Tehsil-press.az