Bu ilin sentyabrından etibarən elektron viza sistemi işə düşəcək və bu prosedurun yaratdığı maneələr aradan qalxacaq.
Tehsil-press.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın “I-Tourisme” jurnalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, viza ilə bağlı problemlər artıq həll edilib.
Ə.Qarayev hesab edir ki, Azərbaycandan Fransaya birbaşa aviareyslər də turizmi inkişaf etdirməmizə töhfə verəcək: “Bütün görülən işlərə baxmayaraq, fransız turistləri hələ ki hərəkətə keçməyib. Mən buna təəssüf edir, lakin ümidimi itirmirəm. Mən 2017-ci ildə də səylərin davam etdirilməsi haqqında göstəriş vermişəm. Fransada heç kəs bilmir ki, Aleksandr Düma Azərbaycana gəlib və hətta burada onun adına küçə var. Fransa Turizm Agentlikləri ilə əməkdaşlığımızın məqsədi də fransız turizm peşəkarlarını bizim istiqamətin bütün üstünlükləri barədə məlumatlandırmaqdır".
Tehsil-press.az