Xaçmazda qayınata gəlinini yaba ilə qətlə yetirib

Xaçmazda qayınata gəlinini yaba ilə qətlə yetirib Qayınata gəlinini yaba ilə qətlə yetirib. Hadisə Xaçmaz rayonunun Uzunoba kəndində qeydə alınıb.

Tehsil-press.az xəbər verir ki, kənd sakini, 62 yaşlı Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini 32 yaşlı Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Mərhumun keçmiş həyat yoldaşı Elsevər Adıgözəlov bildirib ki, gecə saatlarında atası mal-qaraya qulluq göstərərkən, qapı döyülüb. Qapını açan qayınata gəlinin təhqiramiz ifadələrinə məruz qalıb. Bu vaxt əlindəki yaba ilə gəlinə xəsarət yetirib. Gəlin isə bir neçə metr getdikdən sonra yıxılıb və dünyasını dəyişib.
3 uşaq anası olan Rəmziyyə Əbdürrəhmanova həyat yoldaşından 7 il öncə ayrılıb. Məhkəmənin qərarına əsasən o, həyat yoldaşı ilə eyni evdə yaşayıb.
Hadisəni törədən M.Adıgözəlov saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər