Şamaxıda qardaş qardaşını və öz arvadını güllələdi

Şamaxıda qardaş qardaşını və öz arvadını güllələdi Şamaxıdakı qətl hadisəsi ilə bağlı daha bir məqam məlum olub.

Tehsil-press.az-ın məlumatına görə, hadisə zamanı əlində silah olan Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açaraq onu qolundan yaralayıb. Möminə İbadova Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib. Hadisə bu gün axşam saatlarında Şamaxı şəhərinin Hüseyn Ciddi küçəsindəki 74 saylı evdə qeydə alınıb. 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı ov tüfəngi ilə qardaşı,1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan iki uşaq atası Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib və ev üstündə dava edərək qardaşını öldürüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən Azad Rəşidzadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər