Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev İndoneziyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananieni qəbul edib.
Görüş zamanı Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığa dair əldə olunmuş nəticələr müzakirə edilib və əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Ərazisində 1000-dən artıq etnik qrupun nümayəndəsi yaşayan və Azərbaycanla bənzər multikultural dəyərlərə malik İndoneziya dövləti ilə əməkdaşlıq potensialının geniş olduğu qeyd olunub.
2016-cı ilin 7-9 aprel tarixində təşkil olunan 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF-2016), 19-21 may tarixində keçirilən 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, 1 iyul tarixində baş tutan I Beynəlxalq Dolma Festivalı və 20 iyul tarixində keçirilən Şəki III Beynəlxalq Şirniyyat Festivalında iştirak etmiş səfir Azərbaycan xalqının qonaqpərvərliyindən və ölkənin zəngin mədəniyyətindən məmnunluğunu bildirib.
Səfir H.Fananie cari ilin oktyabr yaxud noyabr ayında ölkəmizdə İndoneziya Mədəniyyət Festivalının təşkil edilməsinə dair Nazirlik tərəfindən dəstək göstərilməsini xahiş edib. Nazir müavini Ə.Vəliyev bildirib ki, hər hansı mədəniyyət tədbiri müvafiq Tədbirlər Planına əsasən həyata keçirilir və 2016-cı il üzrə Tədbirlər Planı çərçivəsində bir sıra tədbirlərin, o cümlədən cari ilin 15-24 sentyabr tarixində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı, 18-27 sentyabr tarixində VIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, 22-30 oktyabr tarixində Bakı Caz Festivalı və 7-8 noyabr tarixində Bakı Beynəlxalq Teatr Konfransının təşkili nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycanda İndoneziya Mədəniyyət Festivalının keçirilməsinə dair Nazirlik tərəfindən müvafiq köməkliyin göstəriləcəyi İndoneziya tərəfinin diqqətinə çatdırılıb.
H.Fananie Nazirlik və Səfirlik arasında məhsuldar əlaqələrə və nazir müavini Ə.Vəliyev tərəfindən səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş iştirakçıları tərəfindən iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraq ifadə edilib.
Tehsil-press.az