İndoneziyanın Xarici İşlər nazirinin müavini ADU tələbələri ilə görüşdü

İndoneziyanın Xarici İşlər nazirinin müavini ADU tələbələri ilə görüşdü 27 aprel 2016-cı il tarixində BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İndoneziyanın Xarici İşlər nazirinin müavini Əbdülrəhman Məhəmməd Fahir Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüş keçirdi. Görüşdə İndoneziya Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, İndoneziya Araşdırmalar Mərkəzinin müdiri Laura Zərbəliyeva, həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan I və III kurs tələbələri də iştirak edirdilər.
Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən professor Jalə Qəribova onlara universitetin yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə danışdı. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən söz açan prorektor, İndoneziya Araşdırmalar Mərkəzi haqqında da qonaqlara geniş məlumat verdi.
Əbdülrəhman Məhəmməd Fahir universitetdə olmaqdan məmnunluğunu bildirdi və bu səfərin iki ölkə arasında əlaqələrin daha da yaxınlaşmasına təkan verəcəyini söylədi. İndoneziya Araşdırmalar Mərkəzi ilə yaxından tanış olan Ə.M.Fahir tələbələri maraqlandıran sualları cavablandırdı. Səfir Husnan Bey Fananie isə universitetin İndoneziya Araşdırmalar Mərkəzinə öz ölkəsinin tarixini və mədəniyyətini əks etdirən kitablar hədiyyə etdi.
Görüş xatirə şəklinin çəkdirilməsi ilə sona yetdi.

İndoneziyanın Xarici İşlər nazirinin müavini ADU tələbələri ilə görüşdü

tehsil-press.az

Oxşar xəbərlər