Bakı Dövlət Universitetində Yaponiya mədəniyyət festivalı keçirilib. Tədbiri açan BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev bildirib ki, festivalın keçirilməsində məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq, bu ölkənin adət-ənənələri, mətbəxi, mədəniyyəti barədə daha ətraflı məlumat çatdırmaqdan ibarətdir.
Festivalın birinci hissəsində mahnı müsabiqəsi keçirilib, yapon nağılları əsasında hazırlanmış tamaşa göstərilib. Münsiflər həyətinin qərarına əsasən BDU tələbələri birinci, yapon dilinin də tədris edildiyi 245 saylı məktəbin şagirdləri ikinci, Azərbaycan Dillər Universitetinin tələbələri isə üçüncü yerə layiq görülüblər. Festivalın ikinci hissəsində yapon yeməkləri, çay mərasimi, suşi, eləcə də kimono və yukata kimi milli yapon geyimləri, ənənəvi yapon incəsənətini təmsil edən oriqami və ikebana təqdim olunub.

Mətbuat və informasiya şöbəsi