Avstriyanın bir şəhərində mitinqlərdə türk bayrağından istifadə qadağan olunub

Avstriyanın bir şəhərində mitinqlərdə türk bayrağından istifadə qadağan olunub Avstriyanın Viner-Noyştadt şəhərində Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bu ölkənin hökumətinə dəstək mitinqlərində türk bayrağından istifadə qadağan edilib.

Tehsil-press.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yerli hakimiyyət, həmçinin dəhlizlərdə türk bayrağını asmağı və onları avtomobillərdə yerləşdirməyi qadağan edib. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.


Tehsil-press.az

Oxşar xəbərlər