İstanbulun Boğaziçi körpüsü Türkiyədə çevriliş cəhdində həlak olanların xatirəsinə adlandırılacaq

İstanbulun Boğaziçi körpüsü Türkiyədə çevriliş cəhdində həlak olanların xatirəsinə adlandırılacaq İstanbulun Boğaziçi körpüsü Türkiyədə çevriliş cəhdi zamanı həlak olanların xatirəsinə adlandırılacaq.

Tehsil-press.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bəyanat verib.
Baş nazir bildirib ki, çevriliş cəhdlərinin qurbanlarının xatirəsini əbədiləşdirmək qərara alınıb. Boğaziçi körpüsü iyulun 15-i şəhidlərinin xatirəsinə adlandırmaq qərara alınıb.
Hökumətin toplantısında Jandarm Qüvvələri Baş Komandanlığının və Sahil Mühafizəsi Komandanlığının Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsi barədə qərar qəbul edilib. Baş nazir həmçinin Ali Hərbi Şuranın toplantısının Nazirlər Kabinetində keçiriləcəyini qeyd edib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.


Tehsil-press.az

Oxşar xəbərlər