Fələstinlilərə Ramazan bayramında İsrailə getmək qadağan olundu

Fələstinlilərə Ramazan bayramında İsrailə getmək qadağan olundu İsrail Müdafiə Ordusu (ÇAXAL) on minlərlə fələstinliyə Ramazan bayramında İsrailə getməyi qadağan edib.

Tehsil-press.az bildirir ki, ÇAXAL-ın ərazidəki fəaliyyət koordinatoru general-mayor Yoav (Poli) Mordexay 83 min fələstinlinin Ramazan bayramında İsrailə getmək üçün icazəsini ləğv etməyi əmr edib. General Mordexayın əmri iyunun 9-na keçən gecə Tel-Əvivdəki ÇAXAL qərargahında təhlükəsizlik sistemi rəhbərlərinin xüsusi iclasında səsləndirilib. Xatırladaq ki, ötən gecə Tel-Əvivdə terror aktı baş verib. Silahlı şəxslərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.


Tehsil-press.az

Oxşar xəbərlər