Türkiyə və Rusiya prezidentlərinin qarşıdakı görüşünün detalları açıqlanıb (ÖZƏL)

Türkiyə və Rusiya prezidentlərinin qarşıdakı görüşünün detalları açıqlanıb (ÖZƏL) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburqda baş tutacaq görüşdə bir sıra iqtisadi və siyasi məsələləri müzakirə edəcəklər.

Bunu Tehsil-press.az-a Türkiyə Prezidenti Administrasiyasından deyiblər. Administrasiyadan qeyd ediblər ki, müzakirə edilməsi planlaşdırılan məsələlər sırasında Suriyada terror təşkilatları ilə mübarizə məsələsi də var: "Həmçinin, Rusiya və Türkiyənin birgə enerji layihələrinin müzakirə edilməsi gözlənilir. Tərəflər Ankara və Moskva arasında əlaqələrin gələcək inkişaf yollarını da müzakirə edəcəklər".


Tehsil-press.az

Oxşar xəbərlər