Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var (ƏLAVƏ OLUNUB)

Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var (ƏLAVƏ OLUNUB) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var. Tehsil-press.az "Akşam" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda sözün əsl mənasında normallaşma prosesi başlaya bilər.
Ərdoğan deyib: "Bütün dünya bilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Və əgər hamı bunu bilir, etiraf edirsə, onda bu işğala nə üçün son qoyulmasın?"
Ərdoğan qeyd edib ki, 23 ildən artıq bir müddət ərzində ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsini nizamlaya bilməyiblər.
Türkiyə Prezidenti vurğulayıb: "Hazırda Rusiya Prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir".
Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılması barədə danışarkən Ərdoğan bildirib ki, Azərbaycan da bu məsələyə Türkiyə və Rusiya kimi müsbət yanaşır.


Tehsil-press.az

Oxşar xəbərlər