Xalqın üz çevirdiyi Ermənistan iqtidarı növbəti fokusa hazırlaşır

Xalqın üz çevirdiyi Ermənistan iqtidarı növbəti fokusa hazırlaşır 2017-ci ildə Ermənistan parlament seçkilərinə hazırlaşır. Nüfuzunu çoxdan itirmiş Ermənistan hakimiyyəti aprel döyüşlərində məğlubiyyət, 17 iyul hadisələri və bir sıra etiraz aksiyaları fonunda seçkilərə artıq məğlub gedir.

Ölkədə siyasi və iqtisadi böhranın gündən-günə dərinləşməsi, səngiməyən etirazlar və hakimiyyətin bu etirazların qarşısını almaq üçün polisin gücündən istifadə etməyə məcbur olması Ermənistanda mənzərənin çox acınacaqlı olduğunu deməyə əsas verir.
Hələ bir ay əvvəl - iyulun 17-də müxalifət nümayəndəsi Jirayr Sefilyanın silahlı tərəfdarlarının polis məntəqəsini ələ keçirərək onun həbsdən azad edilməsini tələb etmələri, bir neçə polisi girov götürmələri, xalqın iqtidarı deyil, polisin mühasirəsində qalan bu silahlıları açıq-aşkar dəstəkləməsi, hətta onlara yemək ötürmək cəhdləri, dəstək aksiyalarının keçirilməsi böyük iddialarla çıxış edən hakimiyyətin əslində 5-10 silahlının əlində girinc qaldığını və xalqın etibarını itirdiyini göstərdi.
Onsuz da bu vaxtadək Ermənistanda keçirilmiş seçkilər saxtakarlıqlarla müşayiət olunub. Məhz bu baxımdan növbəti seçkilərin də şəffaf keçiriləcəyi şübhə doğurur. Parlament seçkilərində seçicilərin böyük əksəriyyətinin iqtidara səs verəcəyi inandırıcı görünmür. Lakin bu da nəticələrin saxtalaşdırılmayacağına zəmanət vermir.


Tehsil-press.az

Oxşar xəbərlər