Yerevanın Azadlıq meydanında bu gün Ermənistan prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az 1in.am portalına istinadən xəbər verir ki, təşəbbüs qrupu “Güzəştə getməyən ali baş komandan tələb edirik” şüarı altında etiraz aksiyası keçirmək niyyətindədir.
Aksiya iştirakçıları narahatdırlar ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Ermənistan iqtidarı Azərbaycanla Kazan sənədi trafında danışıqları davam etdirə bilər. Həmin sənəd isə, digər bəndlərlə yanaşı, işğal edilmiş beş rayonun geri qaytarılmasını özündə ehtiva edir.
“Ayazn” partiyasının İdarə Heyətinin üzvü Armen Mkrtçyan hesab edir ki, hakimiyyət hər vəchlə güzəştə getmək fikrində olmadıqlarını göstərməyə çalışırlar, bu isə yalandır: “Bunu dünən keçirilmiş Milli Məclisin iclası da sübut etdi - ərazilərin güzəştə gedilməsi barədə suallara hakimiyyət üzvləri yayğın cavablar verirdilər”.
tehsil-press.az