ABŞ-ın prezidenti postuna demokratların namizədi Hillari Klinton iyul ayında özünün seçki kampaniyasına 49 milyon dollar xərclədiyi halda, onun respublikaçı-rəqibi Donald Tramp cəmi 18,4 milyon dollar sərf edib.
Bu fərqin səbəbi sabiq dövlət başçısının teleekranlarda kiçik, lakin bahalı çıxışlara və reklam çarxlarına külli miqdarda pul xərcləməsidir.
Xanım Klinton keçən ay “çox sayda televiziya və internet reklamlarına” 26 milyon dollar xərcləyib. Ümumilikdə isə reklam rolikləri keçmiş dövlət katibinə 120 milyon dollara başa gəlib. Daha 5 milyon dollar isə Hillari Klintonun təşviqat qərargaha daxil olan 705 nəfərə əməkhaqqı kimi ödənilib.
Tehsil-press.az