Arabian Gazette: Azərbaycana gələn ərəb turistlərinin sayı 30 dəfə artıb

Arabian Gazette: Azərbaycana gələn ərəb turistlərinin sayı 30 dəfə artıb Azərbaycanda viza alınması prosedurunun bu yaxınlarda sadələşdirilməsi sayəsində BƏƏ və Fars körfəzi ölkələrindən gələn qonaqların sayı 30 dəfə artıb.

Bu barədə Tehsil-press.az BƏƏ-nin "Arabian Gazette" nəşrinə istinadən məlumat verir. Nəşr yazır ki, ərəb ölkələrinin bir çox sakini Azərbaycana gəlməyə hazırdır və bu amil ölkənin turizm potensialının artımını stimullaşdırır: "Ölkənin ən çox ziyarət edilən şəhəri Bakı olub. Digər cəlbedici səyahət istiqamətləri Qəbələ, Naftalan, Şahdağ, Quba, İsmayıllı, Qax və Zaqataladır".


Tehsil-press.az

Oxşar xəbərlər