16 yaşlı gənc göldə batdı

16 yaşlı gənc göldə batdı Neftçalada 1 nəfər göldə batıb.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər 2000-ci il təvəllüdlü Sadıqov Ayxan Yalçın oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:20-də başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər