Ağsuda göldə gənc oğlan batıb

Ağsuda göldə gənc oğlan batıb Ağsuda 22 yaşlı gənc batıb.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradlı kəndi ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1994-cü il təvəllüdlü, Hasilov Ceyhun Əliqardaş oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 19:37-də başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər