Bu il magistratura pilləsinə qəbulda ən böyük rəqabət Azərbaycan Milli Elmlər Akademiyasında müşahidə olunub.
Akademiyadan Tehsil-press.az-a verilən məlumata görə, bunu AMEA Rəyasət Heyətinin binasında 2016-2017-ci tədris ili üzrə Akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planının müzakirəsində AMEA-nın Təhsil şöbəsinin rəisi Ömər Gülalov deyib.
O.Gülalov qeyd edib ki, son illər AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, AMEA-da aparılan fundamental və tətbiqi araşdırmaların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür: “AMEA-nın qarşısına qoyduğu hədəflər sırasında elmtutumlu sahələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, Akademiyanın potensialından istifadə daha savadlı mütəxəssislərin hazırlanmasına kömək edəcək. Biz Akademiyada magistratura təhsilinin keyfiyyətinin daha da artırılması üçün bu cür görüşləri mütəmadi şəkildə keçirəcəyik”.
Sonra AMEA-nın Elmi analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 2016-2017-ci tədris ilində Akademiyada magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu bildirib. H.Hüseynov qeyd edib ki, AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələr Elm və Təhsil İdarəsi tərəfindən bütün normativ sənədlərlə təmin olunacaqlar.
Tehsilpress.az