Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə soyğunçuluqda təqsirləndirilərək həbs edilən, mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Tehsil-press.az məlumatına görə, prosesdə ifadə verən İ.Quliyevanın oğlu Orxan Nadirovun dostu Vüqar Bəkirov bildirib ki, İ.Quliyevanı M.Hüseynovanın vasitəsi ilə tanıyıb. V.Bəkirov qeyd edib ki, M.Hüseynova İ.Quliyevanın əmlakını ələ keçirmək istəyib: "İlhamə xanım Mehribana etibarnəmə vermişdi. Mehriban İlhamə Quliyevanın ağlımı başından çıxartmaq istədiyi üçün dərman axtarırdı. Mən də bu barədə İlhamə xanımın oğlu Orxan Nadirova məlumat verdim. Orxan da tərkibində vitamin olan dərmanları mənə verdi ki, onları Mehribana verim. Orxan mənə dedi ki, saxta sənəd düzəldib, Mehribana köməklik edək. Sonra onu polisə verək. Mən Mehribanın səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim etdim". Şahid vurğulayıb ki, M.Hüseynova İ.Quliyevanı oğlu Orxan Nadirova qarşı yönləndirib: "İlhamə xanımla Orxanın aralarını vurmaq Mehribanın məqsədi olub. O, evdən cadular tapıb deyirdi ki, bunu Orxanın həyat yoldaşı edib. Mən İlhamə xanımla Orxanın aralarında olan münasibərləri çox çətinliklə düzəltdim. Mehriban buna imkan vermirdi. Çünkü onlar arasında düşmənçilik var idi".
V.Bəkirov İ.Quliyeva ilə aralarında olan soyuq münasibətdən də danışıb: "Mehriban İlhamə xanımın evindən əşyalar oğurlayandan sonra bu öz təsdiqini tapdı. İlhamə Quliyeva bu barədə mənim şahidlik etməyimi, onun əlehinə ifadə verməyimi istəyirdi. Mən isə buna razılıq vermədim deyə aramız dəydi".
V.Bəkirov bildirib ki, İ.Quliyevanın evində M.Hüseynovaya qarşı fiziki güc tətbiq olunmasını görməyib. Daha sonra ifadə verən, İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərli qeyd edib ki, hadisə günü onu evə İ.Quliyeva çağırıb: "İlhamə xanım mənə zəng edib Mehribanın onu zəhərləyib, əmlakını ələ keçirmək istədiyi barədə danışdı. Biz evdə olan zaman Mehriban otağa daxil oldu. Həmin zaman Kəmalə ona bir sillə vurdu. Bundan sonra Mehriban ağlayıb, yalvarmağa başladı. Mən İlhamə xanımın istəyi ilə həmin anın videogörüntüsünü qeyd etdim". Məhkəmənin növbəti prosesi sentyabrın 20-nə təyin edilib.
Xatırladaq ki, M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilərək barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Tehsil-press.az