Rəsmi tədbirdə huşunu itirən Klinton xalqın qarşısına çıxdı

Rəsmi tədbirdə huşunu itirən Klinton xalqın qarşısına çıxdı ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton 11 sentyabr terror aktı qurbanlarının xatirəsini anma mərasimini səhhətindəki problem səbəbindən təcili tərk edəndən iki saat sonra camaatın arasında peyda olub.

Tehsil-press.az bildirir ki, təhlükəsizlik əməkdaşları mərasimdən onu, demək olar, əllərinin üstündə avtomobilə aparıblar.
Sonradan o, özü hərəkət edərək gülümsəyib, ətrafdakıları əli ilə salamlayıb. "Sağ olun, bu gün əla gündür, məndə hər şey qaydasındadır. Xeyli yaxşıyam, sağ olun", - Klinton başına yığışan jurnalistlərə deyib.
Həmin an ona tərəf qaçan balaca qızla prezidentliyə namizəd şəkil çəkdirib. Bir dəqiqə sonra avtomobilə oturaraq qızının evinə gedib.
ABŞ prezidentliyinə namizədin mətbuat katibi Nik Merril Hillari Klitonun mərasimdə yüksək hərarətə görə səhhətinin qəflətən pisləşdiyini bildirib.

19:55

ABŞ prezidentliyinə namizəd Hillari Klinton gözlənilmədən Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının yad edilməsi ilə bağlı rəsmi mərasimi başa çatmamış tərk edib.
“Fox News” telekanalı özəl mənbəyə istinadən demokratların namizədinin huşunu itirdiyini və buna görə də mikroavtubosla mərasimdən aparıldığı barədə xəbər yayıb.
Şahidlərdən biri mühafizəçilərin H. Klintonun əlindən tutaraq mikroavtobusa əyləşdirildiyini bildirib.
Qeyd edək ki, respublikaçıların prezidentliyə namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, H. Klintonun prezident olmasına fiziki imkanları yetərli deyil. H. Klintonun həkimi Liza Bardak isə bildirmişdi ki, H. Klintonun sağlamlığı qaydasındadır.


Tehil-press.az

Oxşar xəbərlər