Bakıda yanğın baş verib

Bakıda yanğın baş verib Bakıda yaşayış binasında yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Tehsil-press.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxinin, dəhlizinin, sanitar qovşağının lambirdən ibarət tavanı 20 m² sahədə ərimiş və mətbəx mebeli 3 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər