“ASAN xidmət”də 26 sentyabr qeyri-iş günü olacaq

“ASAN xidmət”də 26 sentyabr qeyri-iş günü olacaq “ASAN xidmət” mərkəzlərində 1 gün qeyri-iş günü olacaq.

ASAN-dan Tehsil-press.az-a verilən məlumata görə, 26 sentyabr Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. Sentyabrın 27-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.


Tehsil-press.az

Oxşar xəbərlər