Azərbaycanda seçkilərin təşkilində gördüklərimiz Fransada tətbiq etdiklərimizdən fərqlənmir.
Bunu Tehsil-press.az açıqlamasında Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişar deyib.nA.Rişar qeyd edib ki, Azərbaycanda referendumun keçirilməsi prosesi standartlara tam uyğundur.
O əlavə edib ki, bu gün Azərbaycanda keçirilən referendum xalqın iradəsini əks etdirir: "Bu gün axşam seçkilərin nəticəsi bilinəcək və biz xalqın referenduma münasibətini görəcəyik”.
Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.
Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.
Tehsil-press.az