Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti sentyabrın 25-də Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.
MSK-dan Tehsil-press.az-a verilən məlumata görə, Ölkəmizdə keçirilən seçki (referendum) proseslərinin müşahidəsində hər zaman yaxından iştirak edən MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov ümumxalq səsverməsi ərəfəsində görüşdən məmnunluğunu bildirib. Sədr həmçinin qeyd edib ki, rəhbərlik etdiyi Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verir.
Səmimi qəbul üçün təşəkkürlərini bildirən nümayəndə heyətinin üzvləri ümumxalq səsverməsi (referendum) ilə əlaqədar gerçəkləşdirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıb. Sədr Məzahir Pənahov reallaşdırılmış genişmiqyaslı layihələr və referendumun azad, ədalətli və şəffaf keçirilməsi atılmış addımlar barədə beynəlxalq müşahidəçiləri ətraflı məlumatlandırıb.
Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tehsil-press.az